Oktyabrın 9-da Kann film festivalında iştirak edən və göstərilən “Wenderful losers: Adifferent world” filminin təqdimat mərasimi keçiriləcək.
Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev müsavat.com-a bildirib.
Məlumata görə, tədbirdə filmin rejissou Arünas Matelislə görüş də keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə saat 18:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Musavat.com






