İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda üzərində "Kalaşnikov" markalı avtomat gəzdirən şəxs saxlanıb

630 12.01.2021 15:04 Hadisə A A

Polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərlərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumatına görə,  növbəti əməliyyat Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.

Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxsin ətrafinda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR