İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “TikTok” çəkən avtobus sürücüsü insanların həyatını təhlükəyə atır VİDEO

801 17.05.2021 08:35 Ölkə A A

Bakıda sərnişin daşıyan marşrutun sürücüsü insanların həyatını təhlükəyə atır.

Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Ceyhun528” adlı “TikTok” sosial şəbəkə istifadəçisi iş başında olarkən hərəkət zamanı özünün videogörüntülərini çəkib və sözügedən şəbəkəyə yükləyib.

Çəkiliş zamanı onun təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu, üstəlik mövcud pandemiya qaydalarının əksinə olaraq maskadan istifadə etmədiyi aydın görünür.

Avtobusdakı sərnişinlərin icazəsiz və xəbərsiz şəkildə videoya düşməsi ilə insanların şəxsi həyatına müdaxilə də yol verilən qanunsuzluqlardan biridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR