İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA TİCARƏT MƏRKƏZİNDƏKİ KÜTLƏVİ DAVA İLƏ BAĞLI RƏSMİ MƏLUMAT YAYILDI

4744 14.02.2013 10:18 Kriminal A A

Baş Prokurorluq Bakıda “Elit” ticarət mərkəzində baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, hadisə fevralın 10-da saat 23:00 radələrində baş verib.

Bakı şəhər sakini Vasif Vaqif oğlu Həsənov “Elit” ticarət mərkəzinin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq mərkəzin əməkdaşları ilə mübahisə edib. Mübahisə daha da şiddətlənib. V.Həsənov üstündə gəzdirdiyi bıçaqla orada işləyən Məftun Qasımov, Əli Mirzəyev və İlqar İbrahimova müxtəlif dərəcəli xəsarətlər yetirib.

Mərkəzin əməkdaşları aldıqları xəsarətlərlə bağlı xəstəxanaya yerləşdiriliblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

V.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR