İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda təcili yardım maşını qəzaya düşdü, 6 nəfər yaralandı FOTO

1564 02.08.2021 23:21 Kriminal A A

Bakının Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, təcili yardım maşını ilə "Opel" markalı avtomobil toqquşub.

Qəza nəticəsində təcili yardım maşınının sürücüsü və təcili yardımın iki xanım əməkdaşı yaralanıb. "Opel" markalı avtomobildə olan üç nəfərin isə daha ağır xəsarətlər aldığı bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Opel" markalı avtomobilin yanlış manevr etməsi olub. Belə ki, "Opel" markalı avtomobilin sürücüsü qoşa xəttdən yolun əks istiqamətinə dönmək istəyən zaman sürətlə gələn təcili tibbi yardım maşını ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

 

İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR