İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tanışlarını şantaj edən şəxslərin şikayətləri əsasında məhkəmə başlayıb

481 23.02.2019 21:34 Ölkə A A

Bakı Apellyasiya Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.

Məlum olub ki, Z.Hüseynov, R.Sultanov, H.Həsənov və D.Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onun telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Hüseynov 8 il, R.Sultanov və H.Həsənov 7 il 6 ay, D.Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR