Bakının Səbail rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
1976-cı il təvəllüdlü Rüstəmov Qalib Əsgər oğlu tanışı tərəfindən döyülüb. Daha sonra onun başına şüşə qədəh çırpılıb. O, çoxlu qan itirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.






