İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tanıdıqları şəxsi soyundurub videosunu çəkərək hədələyən şəxslərə hökm oxunub

967 25.12.2018 18:45 Kriminal A A

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Hüseynov 8 il, R.Sultanov və H.Həsənov 7 il 6 ay, D.Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.

Məlum olub ki, Z.Hüseynov, R.Sultanov, H.Həsənov və D.Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onun telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR