İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda taksi sürücüsü sərnişinini qarət edib

846 01.07.2020 09:55 Hadisə A A

Bakıda taksi sürücüsü sərnişinini soyub.

APA-nın məlumatına görə, Binəqədi rayon Xocasən qəsəbəsində taksinin sürücüsü 1985-ci il təvəllüdlü R. Bəbişovu döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR