İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişinin üstündən keçdi – VİDEO

869 16.09.2019 16:06 Hadisə A A

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Musavat.com “avtosfer.az”a istinadən xəbər verir ki, yaşlı kişi piyada keçidindən keçir. Bu zaman sağa dönən taksi sürücüsü gəldiyi sürətlə kişinin üstündən keçir.

Daha sonra isə geriyə verərək ikinci dəfə onu təkərin altında qoyur. Hadisə nəticəsində piyada yerindəcə həyatını itirir.

Qeyd edək ki, sağa və sola dönən zaman sürücü yolu keçən piyadaya yol verməlidir.

Həmçinin piyada keçidi olduğunu nəzərə alsaq sürücü mütləq şəkildə avtomobilin sürətini azaltmalı və dayandırmalı idi.

Videonu təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR