İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərt karantin rejiminin 1 həftəsi... FOTO REPORTAJ

3420 29.06.2020 18:41 Reportaj A A

Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq edilən 14 günlük sərt karantin rejiminin bir həftəsini geridə qoyduq. 

Musavat.com xəbər verir ki, paytaxtda sərt karantin rejimi və 2 saatlıq SMS icazəsi ilə hərəkət sərbəstliyi apreldəki karantindən fərqlənir.

Müşahidələrimiz indi şəhərdə daha çox canlanma, dinamika, hərəkətlənmə olduğunu deməyə əsas verir.

Bu da aprel ayındakı sərt karantindən fərqi olaraq, indi bir çox xidmət sahələrinə fəaliyyət azadlığı verilməsi və ictimai nəqliyyatın, xüsusən metronun işləməsi ilə əlaqədardır. Ümumiyyətlə, yollarda nəqliyyat vasitələrinin hərəkətinin çoxaldığını söyləmək olar.

Həmçinin, kafe və geyim dükanları istisna, bütün obyektlərdə qızğın iş gedir: avtoyuma məntəqələri, avtotəmir sexləri, taksi xidməti və s.

9423d182-7d42-457d-aa11-26c8480c8e57.jpg (112 KB)

Bununla belə, Bakıda postlarda yoxlamalar davam edir. Həmçinin, şəhərin müxtəlif yerlərində Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların əsgərləri keşik çəkirlər.

Onlar vətəndaşların SMS icazəsi ilə küçəyə çıxıb-çıxmadığını yoxlayırlar. Yeri gəlmişkən, artıq bir gündə iki dəfə SMS icazəsi almağın ləğvi vəziyyətdən sui-istifadə edənlərin işini çətinləşdirib.

b406213e-ef8a-4906-9b6a-1ddaf0e4c77e.jpg (81 KB)


Həmçinin, tibbi maska taxmamağa görə cərimənin 100 manata qaldırılması və nəzarətin gücləndirilməsi öz təsirini göstərməkdədir.

Müşahidələrimizə əsasən deyə bilərik ki, paytaxt sakinləri arasında maskadan daha çox istifadə edənləri gördük. İndi demək olar ki, 70 faiz insan maska taxır. Xatırladaq ki, əgər müddət uzadılmasa iyulun 5-də sərt karantin rejimi başa çatır.

Emil Salamoğlu,
Musavat.com,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR