İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: 12 yaralı (Yenilənib-2)

2733 28.03.2016 10:41 Hadisə A A


Səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.az-ın məlumatına görə, Zabrat- Kürdəxanı yolunda şagirdləri daşıyan "Ford" markalı mikroavtobus "Niva" ilə toqquşub. 

"Ford"da olan şagirdlərdən bir neçəsi yaralanıb. Onlar təcili 3 saylı xəstəxanaya aparılıblar.

Məsələ ilə bağlı hadisənin baş verdiyi əraziyə nəzarət edən Sabunçu PRİ-nin 15-ci Polis Bölməsindən bildirilib ki, onlar yol-nəqliyyat hadisələrinə baxmırlar. Ona görə də məlumat üçün Sabunçu RPİ-nin özünə müraciət etmək lazımdır.

Sabunçu RPİ-dən isə deyiblər ki, hələlik onlarda Zabrat-Kürdəxanı yolunda "Ford" və "Niva"nın toqquşması barədə heç bir məlumat yoxdur.

Sabunçu rayonundakı 3 saylı klinik xəstəxanasından isə bildiriblər ki, xəstəxanaya bu gün səhər hər hansı yol qəzasında xəsarət almış uşaq gətirilməyib.

***

3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən "Report"a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. 

"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.

***

Bu gün Bakı şəhəri 71 saylı məktəbin şagirdləri qəzaya düşüb.
 
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya deyib ki, məktəbliləri daşıyan mikroavtobusun Zabrat yolunda qəzaya düşməsi barədə müraciət daxil olub.
 
Hadisə yerinə 2 briqada, 71 saylı məktəbə isə 3 təcili yardım briqadası göndərilib. Nəticədə 7 nəfər Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb və onlar 3 saylı xəstəxanaya aparılıb: "Onların xəsarətləri yüngül olub və hazırda heç bir problem yoxdur. Xəsarət alanlara yerində yardım göstərilib və hamısı evə buraxılıb".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR