İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qısqandığı qadını və özünü bıçaqlayan Türkiyə vətəndaşı hakim qarşısında

1206 18.04.2021 12:32 Kriminal A A

Bakıda qadına xəsarət yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş araşdırılması üçün Bak Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutacaq.

İttihama görə, Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Ucrak Abdulhalim tərəfindən qısqanclıq zəminində bıçaqlandığı məlum olub.

Qeyd edək ki, U.Abdulhalim Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etdikdən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirib.

Ucrak Abdulhalimə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR