İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda QHT Şurasının təşkilatçılığı ilə soyqırımın 100 illiyinə dair konfrans başlayıb - FOTOLAR

702 29.03.2018 11:54 Son xəbər A A

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş konfrans başlayıb.

Musavat.com xəbər verir ki, Bakıda "Hilton" hotelində keçirilən tədbirdə ictimai-siyasi sektor təmsilçiləri, xarici ölkələrin səfirləri, media təmsilçiləri iştirak edir.

QHT Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov tədbiri açıq elan edərək, soyqırım haqda qısa nitq söylədi.

Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov soyqırım faktları, erməni-rus cinayətləri barədə bağlı geniş məlumatlar verdi.

Müzakirələr davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR