İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəza zamanı komaya düşən tələbə öldü

859 11.11.2022 11:11 Hadisə A A

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib.

S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 19 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR