İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəza nəticəsində vəfat edən təmizlik işçisinin kimliyi məlum oldu - VİDEO

1076 30.10.2023 13:40 Hadisə A A

Bakıda qəza nəticəsində vəfat edən təmizlik işçisinin kimliyi müəyyənləşib.

Musavat.com xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsində qeydə alını. Belə ki, sürücü, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Sabunçu rayonu Maştağa qəsəbəsindəki Zeytun Emalı müəssisəsinin ərazisində yaşayan 06.05.1997-ci il təvəllüdlü İlkin Vüqar oğlu Şirinov idarə etdiyi “Fiat Doblo” markalı “99-CK-457” dövlət nömrə nişanlı avtomobillə yol kənarında təmizlik işləri görən Tovuz rayonu Lazılar kənd sakini 10.12.1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədovanı vurub.

Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR