İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qaz xəttinin çəkilməsi zamanı bədbəxt hadisə: "Azəriqaz" əməkdaşı xəsarət aldı

579 30.10.2018 11:55 Ölkə A A

Bakıda qaz xəttinin çəkilməsi zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

 

Qəsəbənin "D" massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən "Azəriqaz" İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR