İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qayda pozan sürücü qəza törədərək xəsarət alıb-Foto

483 28.07.2020 23:58 Kriminal A A

Bakının Yasamal rayonunda 2 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Hyundai" markalı avtomobilin sürücüsü geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman qarşıdan gələn "Dodge" markakı nəqliyyat vasitəsi "Hyundai"-a çırpılıb.

Nəticədə "Dodge" markalı avtomobilin sürücüsü ayağından xəsarət alıb.

İlkin məlumata görə, qəzaya "Dodge" markalı avtomobilin dönmə əməliyyatı edən "Hyundai" markalı nəqliyyat vasitəsinə yol verməməsi səbəb olub.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR