Bakıda qardaşı oğlunu öldürən kişi gəlinlərini də bıçaqlayıb (VİDEO)
Bakıda ər və arvad bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1950-ci il təvəllüdlü Tahir Əliyev münaqişə zəminində qardaşı oğlu, 1960-cı il təvəllüdlü İlham Əliyev və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Kəklik Əliyevaya bıçaqla xəsarət yetirib. İ . Əliyev xəstəxanaya aparılarkən yolda keçinib, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Salatın Əsgərova küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Tahir Atamalı oğlu Əliyev şəxsi münaqişə zəminində qardaşı oğlu İlham Ramiz oğlu Əliyevi bıçaqlayıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Qətli törədən Tahir Əliyev saxlanılıb.






