İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qarda sürüşərək xəsarət alanların sayı AÇIQLANDI

440 11.01.2023 11:04 Son xəbər A A

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 63 (31-i qadın, 32-si kişi olmaqla) müraciət daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Xəsarət alanlardan 60-ı aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 2 nəfərə yerində ilkin tibbi yardım göstərilib. 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib və tibb müəssisəsinə yerləşdirilməkdən imtina edib.

Qeyd edək ki, müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan 5-i uşaq, digərləri isə 20-85 yaş aralığında şəxslər olublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR