Bakıda polis maşınını vuran sürücü hadisə yerindən qaçdı
Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.
APA-ya istinadən bildirir ki, yol qəzası Yusif Məmmədəliyev küçəsi, 169 ünvanının qarşısında qeydə alınıb.
Səbayel Rayon Polis İdarəsindən verilən məlumata görə, “Qafqaz Lizinq” şirkətinə məxsus “Prado” markalı avtomobil Səbayel Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vüsal Rafiq oğlu Şirəliyevin idarə etdiyi “Doblo” markalı xidməti avtomobilə çırpılıb.
Qəza nəticəsində “Prado” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Hazırda polis yol qəzası törədən şəxsin tapılması istiqamətində iş aparır.






