İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda piyadaya yol verən sürücü qəzaya uğrayıb - FOTOLAR

861 13.11.2022 13:15 Hadisə A A

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

“Mercedes” markalı minik maşınının sürücüsü Balagül Kərimov piyada zolağından keçən şəxsə yol vermək üçün dayanıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanan “Mercedes”ə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb.

Faktla bağlı yol patruk xidmətinin əməkdaşları əraziyə cəlb edilib və araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR