İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda nazirlər az qala ayaq altında qalacaqdı

6406 07.04.2016 15:12 Son xəbər A A
Bu gün Azərbaycan, Rusiya, İran xarici nazirlərinin Bakıda keçirdiyi görüş zamanı maraqlı hadisə yaşanıb.

Avropa.info xəbər verir ki, RİA Novosti agentliyinin yazdığına görə, nazirlər danışıqlar masasına oturarkən zalda olan 70-ə yaxın jurnalist elə qələbəlik yaradıb ki, mühafizə xidməti onları güclə otaqdan kənara çıxara bilib. 

Qələbəlik nazirlərin əhval-ruhiyyəsinə təsir etməyib. Fotoqraflar onları çəkdiyi zaman nazirlər zarafatlaşıblar da.

“Onlar hər dəfə məni əlimi burnuma toxunduranda çəkmək istəyirlər” – Rusiya xarici işlər naziri Sergey Lavrov gülərək belə deyib.

Qeyd edək ki, üçtərəfli görüş zamanı Dağlıq Qarabağdakı hadisələr və Xəzər dənizində əməkdaşlıq müzakirə edilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR