İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda nazirə məxsus "Niaqara" restoranı yanır - (VİDEO - FOTO)

18031 10.05.2017 22:15 Son xəbər A A

Paytaxtda yerləşən "Niaqara" restoranında yanğın hadisəsi baş verib.

Musavat.com PrimeTime.Az-a istinadən xəbər verir ki, restoranın həyətində başlayan yanğını söndürmək üçün 3 ədəd yangınsöndürmə maşını cəlb olunub. Yanğın davam edir.

Məsələnin maraqlı tərəfi budur ki, yanan restoran müdafiə sənayesi naziri Yavər Camalovun biznes şəbəkəsinə daxildir. Sanki kimlərsə hörmətli nazirin qəsdinə durub. Onun nəyi varsa, yanır, partlayır. Yada salaq ki,  2015-in 7 iyulunda MSN-ə məxsus olan "tELEMEXANİKA" zavodunda partlayış və yanğın baş verdi, ölən və yaralananlar oldu.  Üstündən 11 ay keçəndən sonra, 2016-cı ilin iyun ayında Şirvanda yerləşən "Araz" zavodu partladı. İndi isə Bakı şəhərində nazirin restoranı yanır. 

Musavat.com  

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR