İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda motosikletlə avtomobil toqquşub, iki nəfər xəsarət alıb

252 21.10.2019 02:52 Kriminal A A

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində qeydə alınıb.

Ramin Təhmirazov idarə etdiyi motosikletlə hərəkətdə olarkən “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü və sərnişini 1997-ci təvəllüdlü Əsgərov Xəyal ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

T. Raminə hər iki ayağının əziyi, Ə. Xəyala isə ağır kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR