Bakıda minik maşını avtobusa çırpıldı: ölən var (FOTO)
Bakının Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, qəza rayonun Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Lütfiyar Salahov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yolun kənarında dayanan "İsuzu" markalı avtobusa çırpıb.
Qəza nəticəsində minik maşının sürücüsü xəsarət alıb. Avtomobil isə, yarasız hala düşüb.
Hadisənin səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.






