Bakı Şəhər Təhsil İdarəsindən Musavat.com-a məsələ ilə bağlı açıqlama verilib.
Qeyd edilir ki, qeyd olunan məsələ ilə bağlı valideynin hüquq-mühafizə orqanlarına müraciət əsasında aparılmış araşdırma nəticəsində iddianın əsassız olduğu müəyyən edilib və bununla bağlı rəsmi qərar qəbul olunub:
“Həmçinin məktəbdaxili araşdırma aparılıb, müəllim, valideyn və şagirdə uyğun tövsiyələr verilib. Eləcə də məsələ ilə bağlı Elm və Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib”.
***
Dərsdə saqqız çeynəyən şagirdin müəllim tərəfindən alçaldıcı rəftara məruz qaldığı iddia olunur.
Bu şikayətlə Xəzər TV-yə Suraxanı rayonu Dədə Qorqud qəsəbə sakini Ceyran Kazımova müraciət edib.
Onun sözlərinə görə, 315 nömrəli tam orta məktəbin müəllimi Rahibə Zəkiyeva 8-ci sinif şagirdi H.B.-dən çeynədiyi saqqızı öz saçına yapışdırmağı tələb edib, daha sonra onun saçını kəsib:
"Müəllim uşağın ağzında saqqızı görərək onu lövhəyə çağırıb. Məcbur edib ki, saqqızı çıxarıb başına yapışdırsın. Uşaq da qorxusundan yavaşca yapışdırıb. Deyib ki, yox, sən yaxşı yapışdırmadın, 18-19 şagirdin qarşısında çeynəyib, tüpürcəkləyib başına yapışdıracağam..."
Valideyn qeyd edib ki, saqqızı saça daha çox yayan müəllim bundan sonra həmin hissələri qayçı ilə kəsib və uşaqları hədələyib ki, bu söhbət burada qalsın. O, hadisədən sonra 15 yaşlı oğlunun ciddi psixoloji travma aldığını, psixoloq müayinəsində olduğunu vurğulayıb.
315 saylı tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Leyli Rüstəmova hadisə ilə bağlı araşdırma aparıldığını deyib.
Daha ətraflı süjetdə:






