İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məktəb yaxınlığından tapılan azyaşlı valideynlərinə təhvil verilib - FOTO

919 31.10.2023 16:58 Son xəbər A A

Paytaxtın Nərimanov rayonu Babək prospektində azyaşlı oğlan tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, uşaq Keşlə qəsəbəsi 328 saylı məktəb yaxınlığında tapılıb.

Azyaşlını tapan şəxs onu tezliklə valideynlərinə təslim etmək üçün onları axtarır.

Yaranmış vəziyyətlə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-ə açıqlamasında bildirib ki, azyaşlı artıq valideynlərinə təhvil verilib.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR