İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Maybach” sürücüsü “saxla” əmrinə məhəl qoymadı, polisə müqavimət göstərdi - FOTO

4133 14.02.2024 23:53 Son xəbər A A

Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, bahalı avtomobilin sürücüsü maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb.

“Unikal”ın məlumatına görə, “Mercedes Maybach” markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, “Mercedes” markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

“O, “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Sürücünün şəxsiyyəti araşdırılır”, - deyə qurum rəsmisi qeyd edib. 

Bakıda "Maybach" sürücüsü polisə müqavimət göstərdi, cərimə meydançasına aparıldı - FOTO

Bakıda "Maybach" sürücüsü polisə müqavimət göstərməyə cəhd etdi, cərimə meydançasına aparıldı - FOTO

Bakıda "Maybach" sürücüsü polisə müqavimət göstərməyə cəhd etdi, cərimə meydançasına aparıldı - FOTO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR