İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda marşrut xətləri dəyişdirilir

2748 03.04.2015 01:48 Son xəbər A A
Avropa Oyunları günlərində Bakı kəndlərinə işləyən marşrutların trayektoriyası dəyişəcək. 

Axar.az-a verilən məlumata görə, metronun “Koroğlu” stansiyası yaxınlığından hərəkət edən avtobuslar artıq son dayanacaq kimi “Qara Qarayev”də dayanacaq. Paytaxtın Bilgəh, Mərdəkan, Maştağa və başqa kəndlərindən şəhərə qayıdan avtobuslar “Koroğlu” istiqamətinə getməyəcək və “Qarayev”ə yönələcək. Sərnişinlər şəhərdən kəndə qayıtmaq üçün sözügedən stansiyadan çıxıb marşruta minəcək. 

Qeyd edək ki, yarışların keçiriləcəyi ərazilərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işlənib hazırlanmış plana əsasən yollarda xüsusi Avropa Oyunları zolaqları ayrılacaq. Rəsmi məlumatda deyilir ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər. Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcək. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR