İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda marketlərdən və ticarət mərkəzindən oğurluq edən şəxs tutulub

381 02.06.2020 10:55 Kriminal A A

Bakıda marketlərdən və ticarət mərkəzindən oğurluq olub.

APA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonu Bülbül prospektində yerləşən "Grand" marketdən 102 manatlıq, "Bolmart"dan 68 manat dəyərində spirtli içki oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində marketlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Kamil Həsənov saxlanıb.

K.Həsənovun mayın 30-da saat 03:45-də Səməd Vurğun küçəsində yerləşən "Af Mall" ticarət mərkəzindən spirtli içki oğurlayarkən mühafizəçinin onu gördüyü və əlindəki içkiləri yerə atdığı bildirilir.

Bu zaman içkilərdən birinin sındığı və onun ticarət mərkəzinə 329 manat ziyan vurduğu qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR