İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mağazadan 261 manatlıq siqaret oğurlayan şəxs kameralara düşdü - ANBAAN VİDEO

633 18.01.2024 16:27 Hadisə A A

Paytaxtda yerləşən mağazaların birindən 261 manatlıq elektron siqaretlər oğurlanıb.

Bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə yanvarın 8-də, Nizami küçəsi 249 ünvanında qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, naməlum şəxslər əvvəlcə satıcının başını qatıb. Daha sonra orta yaşlı biri mağazaya girib və 9 ədəd elekteon siqareti üst geyiminin içində gizlədərək oradan uzaqlaşıb. Artıq məsələ ilə əlaqədar polisə müraciət edilib. 

Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Sözügedən videonu təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR