İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda lift qırıldı, 7 nəfər yaralandı

2078 23.12.2015 11:41 Hadisə A A
Bakının Nərimanov rayonunda faciə baş verib. Axar.az-a verilən məlumata görə, Qarabağ küçəsi bina 8-də liftin kəməri qırılıb.
 
Hadisə nəticəsində 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb. Bədbəxtlikdən yaralıları xəstəxanaya aparmaq istəyən təcili tibbi yardım maşını da qəzaya uğrayıb. Bununla belə, yaralılar 1 saylı Şəhər Kliniki xəstəxanasına aparılıb.
 
1 saylı Kliniki Tibbi Mərkəzin travmatologiya şöbəsindən Publika.az-a bildiriblər ki, hadisə nəticəsində 7 nəfər ayaq və bel nahiyələrindən xəsarət alıblar. Onların 4-nə ilkin yardım göstərilib və evə buraxılıb. 1 qadın, 1 uşaq və 1 kişi isə reanimasiyaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR