Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisi keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak ediblər. Yürüşdən öncə sərgi keçirilib və çoxsaylı avtomobil həvəskarları klassik avtomobillərlə foto çəkdirmək şansına yiyələnib. Yürüş öncəsi keçirilən sərgidə sadə vətəndaşlarla birlikdə ictimai şəxslər də iştirak ediblər. Daha sonra klassik avtomobillərin yürüşü Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və Bakının mərkəzi küçələri ilə davam edib. Sərgiyə 100-dən çox avtomobil qatılıb.
Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələri olub.
Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı da nəzərdə tutulub.
Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.






