İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kasıblar üçün pulsuz mağazanı bir günə boşaltdılar (FOTO)

3188 25.02.2016 20:43 Ölkə A A

 
 
Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" adı ilə açılan mağaza bir günə boşalıb. 
 
Baku.ws-in məlumatına görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub və ehtiyacı olan şəxslər bir gün ərzində mağazadakı geyimləri götürüblər. Mağazadan geyim götürən ehtiyaclı insanların sayı həddin artıq olsa da geyim qoyanların sayı əhəmiyyətli dərəcədə azdır. Baxmayaraq ki, sosial şəbəkələrdə insanlar aktivlik edərək pulsuz geyim mağazasına geyim gətirəcəklərinə dair çoxlu söz verirdilər. Buna görə də mağazaya paltar gətirəcək şəxslərdən aktiv olmalarını xahiş edirik. 

Geyimlər yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir. 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR