İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda iyrənc olay: 18 yaşlı qız atalığı tərəfindən zorlandı

5720 22.10.2015 16:10 Kriminal A A
Bakıda 18 yaşlı qız atalığı tərəfindən zorlanıb. Bu haqda zərərçəkmiş qızın özü polisə məlumat verib. 

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. 

Rayonun S.Əhmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nahidə Quliyeva (ad şərtidir) polisə müraciət edərək, eyni evdə yaşadığı atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. 

O, bildirib ki, onunla eyni evdə yaşayan atalığı 1967-ci il təvəllüdlü Yalçın Quliyev (ad şərtidir) ona qarşı zorakılıqla əxlaqsız hərəkətlər edib. 

Şikayətlə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR