"Məlum olduğu kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir. 1918-ci il 28 mayda islam şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhiriyyəti elan edildi. Bu torpaqlar üzərində uzun illərdən sonra Azərbaycan xalqının milli mənliyini özündə ehtiva edən milli bir dövlətin üç rəngli bayrağı dalğalanmağa başladı. Bununla da Azərbaycan xalqı bütün dünyaya bir daha dövlət qurmaq bacarığını nümayiş etdirdi. O dönəmdə yaranan AXC zamanının bir çox inkişaf etmiş super dövlətlərinə demokratiya sahəsində nümunə ola biləcək keyfiyyətdə idi".
Musavat.com xəbər verir ki, bu sözlər Ağ partiyanın bu gün yaydığı bəyanatda yer alıb. Bu mövzuya dair açıqlama yayan partiya daha sonra qeyd edir:
"Təəssüf ki, daxildəki vətən xainlərinin və kənardan, başda Rusiya olmaqla düşmən imperialist dövlətlərin müdaxiləsiylə AXC süquta uğradı. Azərbaycanımız növbəti dəfə müstəqilliyini itirdi. Bu istiladan sonra başda müstəqilliyimizin baniləri olan M.Ə.Rəsulzadə, Nəsib Bəy Yusubbəyli, Fətəlixan Xoylu, Əhmədbəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Əlimərdanbəy Topçubaşı və digər vətən aşiqləri, fədailəri vətənlərindən didərgin salındılar, təqib olunaraq qətlə yetirildilər. Müstəqil dövlətimizin baniləri olan bu babalarımızın məzarları bu gün də müxtəlif dövlətlərin ərazilərindədirlər. O məzarlar yad ölkələrin məzarlıqlarında sahibsiz və baxımsız şəkildə qalmaqdadır.
Bu gün iqtidarlı, müxalifətli heç kəs bu insanların Azərbaycan xalqınınümummilli dəyərləri olduğunu imkan etmir və inkar edə də bilməz. O insanlar sağlıqlarında və hətta ölümlərindən sonra belə xalqımız üçün azadlıq, hürriyyət, istıqlal simvollarına çevirilmişlər.Azərbaycan xalqı olaraq bizim də onlar qarşısındakı mənəvi borclarımızdan biri də tariximizə çevirilmiş bu şəxslərin unudulmasına və yaddaşlardan silinməsinə imkan verməməkdir.
Unudulmamalıdır ki, keçmişini unudanın gələcəyi də olmaz düsturu hələ də heç zaman aktuallığını itirməyəcək.
Biz AĞ Partiya olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini alqışlayırıq, bunun tariximizdən bu günə yansıyan həmrəylik, birlik mesajına quaq vermənin ilk nümunəsi olmasını arzulayırıq. Biz ümidvar olmaq istəyirik ki, bu sərəncam sadəcə kağız üzərində qalmayacaq, həm də hakimiyyət əməli fəaliyyətiylə tariximizə cə Cümhuriyyətimizin xatirəsinə hörmətlə yanaşdığını sübut edəcək.
Yuxarıda qeyd olunan bütün nüansları nəzərə alaraq biz də AĞ partiya olaraq hakimiyyətə bu istiqamətdə öz təklifimizi vermək istəyirik, Belə ki, qeyd etdiyimiz kimi AXC banilərinin məzarları müxtəlif dövıətlərə səpələnmiş şəkildədirlər. Təklif edirik ki. Azərbaycan hakimiyyəti aidiyyatı nazirliklərdən, millət vəkillərindən, tarixçilərdən, müxalif partiya və QHT nümayəndələrindən ibarət komissiya formalaşdırsın. Bu komissiya cümhuriyyət banilərinin müxtəlif ölkələrdəki məzarlarını təsbit etsin və nəşlərin Azərbaycana gətirilməsini təmin etsin. Daha sonra Bakının görkəmli yerlərindən birində “İstiqlal məzarlığı” salınaraq nəşlər buraya dəfn olunsun. Hesab edirik ki, bu işin təşkili tarixə, keçmişimizə minnətdarlıq və hörmətlə yanaşmanın gözəl göstəricisi olacaq. Təklif olunan tərkibdə formalaşdırılan komissiya isə ümummilli məsələlərdə milli barışığın gərəkliliyinin və faydalılığının ilk nümunəsi ola bilər.
Əminik ki, belə bir məzarlıq xalqımız üçün digərləriylə yanaşı birlik, həmrəylik, vəhdət, milli qürur simvollarından birinə çeviriləcək. Belə bir addımın atılması üçün bu günkü tarixdən və şərtlərdən daha ideal bir zaman ola bilməz. Ümid dirik ki, hazırkı iqtidar bizim bu təklifi səmimi qəbul edər və digər tarixi fürsətlər kimi bu fürsəti də qaçırmaz.
Həmçinin AĞ partiya olaraq belə bir təklifin xalq arasındakı dəstəyini nümayiş etdirmək üçün sosial şəbəkələrdə “İstiqlal məzarlığına virtual dəstək imzası” kampaniyası keçirmək niyyətindəyik. Belə bir kampaniya bu təklifin Azərbaycan xalqı arasında nə qədər populyar olduğunun göstəricisi olacaq".
Musavat.com






