İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb - FOTO

282 06.02.2020 00:42 Kriminal A A

Bakıda Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, prospektlə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olan "NİVA" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldakı arakəsmədə olan işıq dirəyinə çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb.

Əraziyə YPX əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının bildirdiyinə görə, hadisə yüksək sürət səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR