İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Hollandiya səfirliyi qarşısında etiraz aksiyası... - VİDEOLAR

1913 14.10.2019 15:15 Ölkə A A

Bakıda bir qrup azarkeş Hollandiya səfirliyi qarşısında aksiya keçirib.

Musavat.com xəbər verir ki, futbol azarkeşləri dünən hollandiyalı hakimin qərarına etiraz olaraq səfirlik qarşısına toplaşıblar.

Azarkeşlər milli komandamıza qarşı edilən haqsızlıqla bağlı etiraz şüarları səsləndiriblər.

Xatırladaq ki, dünən Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən matçda Azərbaycan səfərdə Macarıstana 1-0 hesabı ilə məğlub olub.

Oyunun son dəqiqəsində millimiz hesabı bərabərləşdirsə də qol hesaba alınmamışdı. Hakim futbolçumuzun əllə oynadığını düşünmüşdü. Lakin hakim də oyundan sonra epizodun təkrarını izləyərkən yanlış qərar verdiyini etiraf edib.

Oyunu hollandiyalı FIFA referisi Dennis Yohan Hiqler idarə edirdi.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR