İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda heyvan oğruları saxlanılıb

1100 13.12.2015 02:48 Hadisə A A
Bakıda mal-qara oğurluğu ilə məşğul olan şəxs tutulub. Lent.az-ın məlumatına görə, dekabrın 11-nə keçən gecə Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Mirseyfəl Məlikovun həyətindən 32 baş qoyun oğurlanıb. 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mirzəağa Həbibov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də Fərid Novruzova məxsus həyətdən 2 baş inək oğurlaması da müəyyən edilib.
 
Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR