İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda güclü təsiredici dərmanlar satan şəxsə hökm oxunub

670 31.07.2018 17:17 Kriminal A A

Qadağan edilmiş dərmanlar satan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda təqsirləndirilən Rəşad Abiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R.Abiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, sahibkar olan R.Abiyev güclü təsir edən dərmanları qanunsuz satmaqda təqsirli bilinərək həbs edilib.

O, Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərmanları öz aptekində satıb. Daha sonra R.Abiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

R.Abiyev Cinayət Məcəlləsinin 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi, külli miqdarda) maddəsi ilə ittiham edilir.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR