İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda görünməmiş tikinti özbaşınalığı: Həyət evlərinə bitişik çoxmərtəbəli bina tikirlər - VİDEOREPORTAJ, FOTOLAR

4234 26.02.2019 20:50 Reportaj A A

5 ildir ki, “İron inşaat” şirkəti Nəsimi rayonu, Nəsibəy Yusifbəyli küçəsi 11 ünvanında yaşayan sakinlərin həyatını cəhənnəmə çevirib. Belə ki, yaşayış evlərinə bitişik çoxmərtəbəli binanın tikintisi həyət evlərində məskunlaşan sakinlər üçün təhlükə mənbəyinə çevrilib.

Musavat.com-un müxbiri sakinlərin şikayəti üzrə adıçəkilən ərazidə olub, onların gileyini dinləyib.

Ərazidə olduğumuz zaman dəhşətli mənzərənin şahidi olduq. Belə ki, çoxmərtəbəli binada aparılan tikinti işləri zamanı taxta, daş və digər tikinti parçalarının evlərin damına düşdüyünü gördük. Sakinlər binadan gələn təhlükəni nəzərə alaraq həyətlərinin üstünü kirəmitlərlə bağlayıblar. Örtüklərdə olan dəliklər isə hər şeyi göz önünə sərir.

30 ildir ki, burada məskunlaşan Qurban Məmmədov bildirdi ki, dəfələrlə aidiyyatı qurumlara “İron inşaat” şirkəti haqqında şikayət etsələr də, heç bir nəticə verməyib. Bu illər ərzində isə şirkət rəhbəri Puşkin Əhmədovun fiziki və psixoloji təzyiqi ilə üzləşiblər.

Q.Məmmədov bildirdi ki, 3 ailəyə məxsus, ümumilikdə 334 kvadratmetr olan ərazinin hər bir qanuni sənədləri olsa da, şirkət rəhbəri Puşkin Əhmədov özünə sərf etdiyi kompensasiyanı vermək istəyir. Bununla yanaşı sakinlərin evlərinin qarşısındakı obyektlərə də göz dikib. Halbuki həmin obyektlər 3 ailənin yeganə qazanc yeridir. Müşahidə etdik ki, binanın tikintisi zamanı aşağı mərtəbədə planlı şəkildə dəmir çıxıntılar da qoyulub. Gələcəkdə binanın aşağı hissəsində mağaza və yaxud hər hansn obyektin tikintisi nəzərdə tutulub.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Məğrur MƏRD,
Video müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR