Bakıda gecə klubunda İraq vətəndaşını döyən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra buraxılıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.
Qeyd edək ki, məlum hadisə Xəqani küçəsində yerləşən “Troya” gecə klubunda baş verib. İraq vətəndaşı, 39 yaşlı Deheyyar Ali Abdulhuseyn naməlum şəxs tərəfindən döyülüb.






