İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda FHN-in texnikası qəzaya uğrayıb: Xəsarət alanlar var - FOTO

576 19.01.2024 09:53 Hadisə A A

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, “KIA” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib. Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR