İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda falçıların yeni fırıldağı: Qadınlar girdikləri evlərdən oğurluq edirlər

1014 08.11.2015 14:09 Kriminal A A
Bakıda maraqlı oğurluq hadisəsi baş verib. İki qadın fala baxmaq bəhanəsi ilə girdikləri evdən qızıl oğurlayıblar.

Musavat.com xəbər verir ki, Xətai rayonu ərazisində fala baxmaq adı ilə evlərə gələn və sonradan oğurluq edən qadınlar peyda olublar. 

Artıq uzun müddətdir ki, bu haqda sosial şəbəkələrdə və insanlar arasında söz-söhbətlər gəzirdi. Lakin bu qadınların kim olması və kimlərin evindən oğurluq etməsi haqda məlumat olmurdu. Əldə etdiyimiz məlumata görə, artıq zərərçəkmişlər bu barədə polisə məlumat verməyə başlayıblar.

Xətai rayonu, Cavanşir küçəsində yaşayan 1989-cu il təvəllüdlü Nuray Rüstəmova da zərərçəkmişlərdəndir. N.Rüstəmova bu barədə Daxili İşlər Nazirliyinin "102-qaynar xətti"nə müraciət edib. 

Zərərçəkmiş polisə bildirib ki, qapını döyən iki qadın falçı olduqlarını deyiblər. 

Gənc qadın tanımadığı şəxslərin öz gələcəyi barədə məlumatlar verəcəyinə və həyatında müsbət dəyişikliklər edəcəyinə inanaraq, onları evə dəvət edib.

Orta yaşlı, şəxsiyyəti müəyyənləşdirilməyən həmin qadınlar Nuray Rüstəmovanın falına baxmaq üçün onun evinə daxil olublar. Sonradan falçı adınlar evdən qızl və digər zinət əşyalarını götürüblər.

N.Rüstəmova falçılar evdən getdikdən sonra qızıllarının oğurlandığını bilib. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

İlkin Muradov,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR