İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda əsas küçə və prospektlər buz bağlayıb, sıxlıq yaranıb- YENİLƏNİB-FOTOLAR

4581 23.11.2016 10:31 Ölkə A A
Azərbacyanda ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti  ilə əlaqədar bu gün səhər saatlarından Bakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan xəbərə görə, hazırda Böyükşor qovşağından 20 Yanvar dairəsi istiqamətində, xüsusən də, Ziya Bünyadov prospektində yerləşən körpülər və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var. 

Yolların buz bağlaması nəticəsində analoji vəziyyət A. M. Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı, 20 Yanvar dairəsi Tibilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hazırda BNA  müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.

Musavat.com-un verdiyi məlumata görə isə hazırda maşınlar Yeni Yasamaldan çıxa bilmir. Yolların hamısı demək olar ki bağlıdır. Şahidlərin dediyinə görə yollarda qartəmizləyən texnika müşahidə edilmir.

Şəhərdəki vəziyyətlə bağlı əməkdaşlarımızın göndərdikləri fotoları təqdim edirik.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR