İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəmir barmaqlıqları kəsib mənzili soydular - Külli miqdarda pul və qızıl oğurlandı

1016 05.11.2018 11:51 Ölkə A A

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR