Həftənin şənbə və bazar günləri küçəyə çıxmaq qadağası olacaq. Bu səbəbdən insanlar mağazalara axın edib.
Musavat.com xəbər verir ki, mağazalarda və marketlərdə çörək qıtlığı yaşanır. Ancaq marketlərdə digər ərzaq mallarında qatlıq müşahidə olunmur.
Yalnız çörək vitrinləri boşalıb, çörək dükanları qarşısında növbələr yaranıb. Dükanlarda çörəyin 30-40 dəqiqə sonra gələcəyi bildirilsə də, insanlar növbəyə dayanıb.
İlkin Muradov
Musavat.com






