İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda cibgirlik edənlər tutuldu: onları tanıyanlar polisə müraciət etsin (VİDEO, FOTO)

2970 18.04.2016 21:22 Kriminal A A


Bakıda cibgirlik edən şəxslər tutulub. 

Musavat.com-un məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan 2 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Keçirilən tədbir zamanı  Sabunçu rayon sakinləri əvvəllər məhkum olunmuş – Zaur İsmayılov və Oktay Kərimov saxlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pul və qiymətli əşyalarını cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib.

Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət edə bilərlər.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR