İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda binanın həyətini hasarlayıb, restoran tikirlər - FOTOLAR

3218 22.02.2016 19:15 Reportaj A A
Nəsimi rayonu, 9-cu mikrarayon, Mircəlal küçəsi 35 ünvanındakı yaşayış binasının zirzəmisində restoran tikilir. Binanın yan hissəsi daş hasarla örtülüb, restoranın ərazisi genişləndirilib. Bina sakinləri isə yaranmış vəziyyətdən narazıdır.

Musavat.com-un əməkdaşı adıçəkilən ərazidə olub və sakinlərin şikayətini dinləyib.

Bina sakinləri 5 il öncə yaşayış binasının zirzəmisində əxlaqsızlıq yuvasının fəaliyyət göstərdiyini dedilər: “Uğur” kafesi adı altında fəaliyyətə başlayan şəxslər açıq-aşkar binanın bir hissəsini zəbt edib, zirzəmini əxlaqsızlıq yuvasına çevirmişdilər. 5 il qanunsuz fəaliyyət göstərdikdən sonra həmin şəxslər zirzəmini başqa birisinə satdı. İndi o şəxslər binanın həyətinin bir hissəsini hasarlayıb, rahat şəkildə öz işlərini aparırlar. Zirzəmidə yalnız geyim əşyaları satıldığını desələr də, sonradan restoran olacağını öyrəndik. Bir sözlə, qeyri-qanuni yolla fəaliyyətə başlamaq niyyətindədirlər”.

Bina sakini Sevda Bağırova həmin zirzəmi ilə bağlı dəfələrlə şikayətçi olsa da, hələ də bu barədə ölçü götürülmədiyini dedi: “Birinci mərtəbədə yaşadığım üçün kafedə yeyib-içənlərin səsindən evdə oturmaq mümkün deyildi. Digər tərəfdən, orada yüngül əxlaqlı qadınların işləməsi isə biabırçılıq idi. Şükür ki, yığışdırıldı. Hazırda zirzəmini icarəyə götürən şəxslər mənim yaşadığım birinci mərtəbənin zirzəmisində tikinti işləri aparır. Bir neçə gündür ki, pəncərəmin qabağını betonlayıblar. Dəfələrlə qanunsuz fəaliyyət göstərən obyekt sahibinə öz iradlarımı bildirdim. Lakin heç bir faydası olmadı. İndi həmin şəxs zirzəminin həyətini genişləndirib, hasara alıb. Aşkarda öz istədiyini edir. Tikinti işləri aparılmazdan öncə, bizə bildirdilər ki, “Narahat olmayın, pal-paltar satacağıq”. Vəziyyəti nəzərə alıb, insanlıq naminə susduq. Lakin restoran olduğunu öyrənəndən sonra aldadıldığımızı bildik. Əgər, zirzəmidə restoran fəaliyyət göstərərsə, bina üçün təhlükə yaradacaq. İndiki zamanda yaşayış binasının qarşısını hasara almaq nə deməkdir? Bunun bir adı var, o da özbaşınalıq...”

Sakinlər binanın zirzəmisində qanunsuz iş aparanlar barəsində aidiyyatı qurumlara şikayət ediklərini də dedilər: “Zirzəmidə obyekt tikilişini mikrorayonda tanınmış “Uşaq Əyləncə Mərkəzi”nin müdirləri Cabir və Rəmiş adlı şəxslər aparır. Qeyri-qanuni tikinti barəsində FHN-ə və “102” xidmətinə müraciət etmişik. İnanırıq ki, bu barədə ölçü götürüləcək”.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfində mövqeyini də dərc etməyə hazırıq.

Məğrur Mərd,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR